Qadın voleybolçulardan ibarət Azərbaycan milli komandası VI İslam Həmrəyliyi Oyunlarında mübarizəyə başlayıb. Faiq Qarayevin rəhbərlik etdiyi yığma ilk matçda İran millisi ilə üz-üzə gəlib.
Oyun komandamızın qələbəsi ilə başa çatıb. İlk setdə 25:11 hesabı ilə qalib gələn millimiz sonrakı hissələrdə də rəqibindən üstün olub - 25:16, 26:24. Beləliklə, milli ilk görüşdən 3:0 hesablı qələbə ilə ayrılıb.
Qeyd edək ki, millimiz Tacikistan, Türkiyə və Əfqanıstan yığmaları ilə də qarşılaşacaq. Komandamızın növbəti matçı noyabrın 6-da Tacikistan yığmasına qarşı olacaq. Görüş Bakı vaxtı ilə saat 14:00-da başlayacaq.