Qadın voleybolçuların Yüksək Liqasında VII turun oyunu keçirilib. Bu gün “Murov Az Terminal” VK-nın idman zalında “AZERRAIL” komandası “Murov Az Terminal”ın qonağı olub. Hər üç setdə rəqibindən üstün olan “AZERRAIL” oyundan 3:0 hesabı ilə qalib ayrılıb.
Qeyd edək ki, turun növbəti oyunu 18 dekabr tarixində UNEC və “Gəncə” komandaları arasında keçiriləcək.
Yüksək Liqa (qadınlar)
16 dekabr
VII tur
“Murov Az Terminal” – “AZERRAIL” 0:3 (18:25, 15:25, 21:25)