Qadın voleybolçuların Yüksək Liqasında VII turun oyunu keçirilib.
                                  Azərbaycan Voleybol Federasiyası
Qadın voleybolçuların Yüksək Liqasında VII turun oyunu keçirilib.

Qadın voleybolçuların Yüksək Liqasında VII turun oyunu keçirilib. Bu gün “Murov Az Terminal” VK-nın idman zalında “AZERRAIL” komandası “Murov Az Terminal”ın qonağı olub. Hər üç setdə rəqibindən üstün olan “AZERRAIL” oyundan 3:0 hesabı ilə qalib ayrılıb.

Qeyd edək ki, turun növbəti oyunu 18 dekabr tarixində UNEC və “Gəncə” komandaları arasında keçiriləcək.

Yüksək Liqa (qadınlar)

16 dekabr

VII tur

“Murov Az Terminal” – “AZERRAIL” 0:3 (18:25, 15:25, 21:25)