Yeniyetmələr arasında “Suverenlik kuboku” keçiriləcək
                                  Azərbaycan Voleybol Federasiyası
Yeniyetmələr arasında “Suverenlik kuboku” keçiriləcək

Yeniyetmələr arasında “Suverenlik kuboku” keçiriləcək

Naxçıvanda 17-20 dekabr 2025-ci il tarixlərində yeniyetmə oğlanlar və qızlar arasında voleybol üzrə “Suverenlik kuboku” təşkil olunacaq. “Konstitusiya və Suverenlik İli” çərçivəsində təşkil olunan yarışda 4 qız və 4 oğlan komandası mübarizə aparacaq.

Oğlanlar: “Gənclər” (Bakı), “Murov Az Terminal” (Bakı), “Naxçıvan” (Naxçıvan), “İğdır” (İğdır, Türkiyə).

Qızlar: “Gənclər” (Bakı), “Milli Aviasiya Akademiyası” (Bakı), “Möminə Xatun” (Naxçıvan), “Altınordu” (İzmir, Türkiyə)

Oyunlar İlham Əliyev adına Olimpiya İdman Kompleksi keçiriləcək.