Bu gün qadın voleybolçuların Yüksək Liqasında VII tur çərçivəsində “Abşeron” və “Turan” klubları qarşılaşıblar. AVF-nin idman zalında keçirilən görüşdə “Turan” komandası 3:0 hesabı ilə rəqibini məğlub edib.
Qeyd edək ki, dekabrın 22-də isə qadınların Yüksək Liqasında ilin son oyunu baş tutacaq. Həmin gün III turdan təxirə salınan “Milli Aviasiya Akademiyası” – “Abşeron” qarşılaşması keçiriləcək.
Yüksək Liqa (qadınlar)
19 dekabr
VII tur
“Abşeron” – “Turan” 0:3 (19:25, 12:25, 18:25)