Qadın və kişi voleybolçuların Yüksək Liqalarında növbəti oyunlar dekabrın 22-də keçiriləcək. Həm qadınların, həm də kişilərin yarışlarında III turun təxirə salınmış qarşılaşmaları baş tutacaq.
Kişilərin mübarizəsində FHN-nin idman zalında “Xilasedici” və “AZERRAIL” komandaları qarşılaşacaqlar. Qadınların yarışında isə “Milli Aviasiya Akademiyası” VK-nın idman zalında “Milli Aviasiya Akademiyası” və “Abşeron” komandaları üz-üzə gələcəklər.
Qeyd edək ki, ilin son qarşılaşmaları saat 17:00-da start götürəcək.
Yüksək Liqa (kişilər)
22 dekabr
III turdan təxirə düşən oyun
17:00. “Xilasedici” – “AZERRAIL”
FHN-nin idman zalı
Yüksək Liqa (qadınlar)
22 dekabr
III turdan təxirə düşən oyun
17:00. “Milli Aviasiya Akademiyası” – “Abşeron”
“Milli Aviasiya Akademiyası” VK-nın idman zalı