Dekabrın 26-da 2025-ci ilin idman yekunlarına həsr olunan mərasim keçirilib. Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev mərasimdə iştirak edib. Dövlət başçısı tədbirdə çıxış etdikdən sonra Azərbaycanda idmanın inkişafında xidmətləri olan idmançılara və idman mütəxəssislərinə mükafatlar təqdim edib.
Mükafat alanlar sırasında Azərbaycan Voleybol Federasiyasının Kommunikasiya şöbəsinin rəhbəri Zöhrab Gözəlbəyli və qadın voleybolçulardan ibarət millimizin üzvü Yelizaveta Ruban da olub.
Azərbaycan Voleybol Federasiyası Cənab Prezidentə idmana və idmançılara göstərdiyi davamlı diqqət və qayğıya, həmçinin voleybolun inkişafına verdiyi dəstəyə görə dərin minnətdarlığını və səmimi təşəkkürünü bildirir.