Nərgiz İsmayılova Çempionlar Liqasına təyinat alıb
                                  Azərbaycan Voleybol Federasiyası
Nərgiz İsmayılova Çempionlar Liqasına təyinat alıb

Azərbaycan Voleybol Federasiyası Regional İnkişaf Mərkəzinin rəhbəri, Avropa Voleybol Konfederasiyasının Avrokuboklar Komissiyasının üzvü Nərgiz İsmayılova kişi voleybolçular arasında Çempionalar Liqasına təyinat alıb. 

İsmayılova bu gün Fransanın Tur şəhərində keçiriləcək “TOUR VB” (FRA) - “VFB FRİEDRİCHSHAFEN” (GER) matçında supervayzer funksiyasını yerinə yetirəcək. 

Avropa Voleybol Konfederasiyasının bu matç üçün təyinatlarına əsasən İsmayılova görüşün hakimləri macarıstanlı Zsolt Mözeffi və potuqaliyalı  Rikardo Ferreyranın işinə qiymət verəcək.