AZƏRBAYCAN ÇEMPİONATINDA NÖVBƏTİ OYUNLAR KEÇİRİLİB
                                  Azərbaycan Voleybol Federasiyası
AZƏRBAYCAN ÇEMPİONATINDA NÖVBƏTİ OYUNLAR KEÇİRİLİB

Qadın voleybolçular arasında Azərbaycan çempionatında növbəti oyunlar keçirilib. Bu gün 9-cu tur çərçivəsində üç matç baş tutub.

Tura “Gəncə” - “Abşeron” görüşü ilə start verilib. Gəncə OİK-da təşkil olunan oyun gərginliyi ilə yadda qalıb. Meydan sahiblərinin ciddi müqavimətinə baxmayaraq, “Abşeron” 3:2 hesabı ilə qələbə qazanıb.

Növbəti qarşılaşmada UNEC öz meydanında “Murov Az Terminal” klubunu qəbul edib. Görüş qonaqların 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Günün son matçında “AZERRAIL” və “Milli Aviasiya Akademiyası” komandaları üz-üzə gəliblər. Cengiz Akarçeşmenin yetirmələri bu oyunda 3:0 hesabı ilə üstün olublar.

Beləliklə, 9 turdan sonra “AZERRAIL” 22 xalla (7 qələbə) turnir cədvəlinə liderlik edir. “Murov Az Terminal” 20 xalla (7 qələbə) 2-ci, “Abşeron” 20 xalla (7 qələbə) 3-cü, “Gəncə” 13 xalla (4 qələbə) 4-cü, “Milli Aviasiya Akademiyası” 6 xalla (2 qələbə) 5-ci, qələbəsi və xalı olmayan UNEC isə sonuncu pillədədir.

Yüksək Liqa (qadınlar)

IX tur

“Gəncə” - “Abşeron” 2:3 (17:25, 23:25, 25:18, 26:24, 9:15)

UNEC - “Murov Az Terminal” 0:3 (11:25, 6:25, 14:25)

“AZERRAIL” - “Milli Aviasiya Akademiyası” 3:0 (25:22, 26:24, 25:13)