Bu gün qadın voleybolçular arasında Yüksək Liqada II turun növbəti oyunu keçirilib. Gəncə İdman Sarayında “Gəncə” komandası “Milli Aviasiya Akademiyası” klubunu qəbul edib. Qarşılaşma qonaqların 3:2 hesablı qələbəsi ilə başa çatıb.
Oyunun nəticəsi
Yüksək Liqa (qadınlar)
Il tur
7 dekabr
“Gəncə” - “Milli Aviasiya Akademiyası” 2:3 (20:25, 21:25, 25:17, 25:18, 11:15)
II turdan sonra nəticələr
“Abşeron” - 2 oyun, 2 qələbə, 0 məğlub, 6 xal;
“AZERRAIL”- 2 oyun, 2 qələbə, 0 məğlub, 5 xal;
“Murov Az Terminal” - 2 oyun, 1 qələbə, 1 məğlub, 4 xal;
“Milli Aviasiya Akademiyası” - 2 oyun, 1 qələbə, 1 məğlub, 2 xal;
“Gəncə” - 2 oyun, 0 qələbə, 2 məğlub, 1 xal;
UNEC - 2 oyun, 0 qələbə, 2 məğlub, 0 xal;
Qeyd edək ki, qadın voleybolçuların Yüksək Liqasında üçüncü turun oyunları 13 dekabr tarixində keçiriləcək.