Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında XVII turun oyunları keçirilib
                                  Azərbaycan Voleybol Federasiyası
Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında XVII turun oyunları keçirilib

Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında XVII turun oyunları keçirilib.

Turun bir qarşılaşması UNEC VK-nın idman zalında UNEC və “Abşeron” komandaları arasında olub. Görüş “Abşeron” klubunun 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Turun digər qarşılaşmaları isə GİN-in Voleybol Mərkəzində təşkil olunub. Burada “Murov Az Terminal” komandası “AZERRAIL”lə, “Milli Aviasiya Akademiyası” klubu isə “Gəncə” ilə üz-üzə gəlib.

“Murov Az Terminal” - “AZERRAIL” oyununda qalib 4 setdə müəyyən olunub. “AZERRAIL” rəqibini 3:1 hesabı ilə məğlub edib.

Turun son qarşılaşması isə gərginliyi ilə yadda qalıb. Bu görüşdə “Gəncə” 3:2 hesabı ilə qələbə qazanıb.

Oyunların nəticələri

Yüksək Liqa

27 mart

XVII tur

UNEC - “Abşeron” 0:3 (8:25, 11:25, 10:25)

“Murov Az Terminal” - “AZERRAIL” 1:3 (23:25, 26:28, 25:11, 15:25)

“Milli Aviasiya Akademiyası” - “Gəncə” 2:3 (24:26, 25:16, 16:25, 27:25, 15:17)