Qızlardan ibarət milli komandamız III MDB Oyunlarında bürünc medalın sahibi olub
                                  Azərbaycan Voleybol Federasiyası
Qızlardan ibarət milli komandamız III MDB Oyunlarında bürünc medalın sahibi olub

15 yaşadək voleybolçu qızlardan ibarət milli komandamız III MDB Oyunlarında bürünc medalın sahibi olub.

Bu gün Gəncə İdman Sarayında keçirilən bürünc medal uğrunda oyunda Azərbaycan və Özbəkistan yığmaları üz-üzə gəlib. Gərgin və maraqlı mübarizə şəraitində keçən qarşılaşmada millimiz 3:1 hesabı ilə qalib gələrək turniri üçüncü pillədə başa vurub.

III MDB Oyunları
6 oktyabr
Bürünc medal oyunu

 Azərbaycan – Özbəkistan 3:1 (24:26, 25:20, 25:16, 25:22)