III MDB Oyunlarında 15 yaşadək voleybolçu qızlar arasında qaliblər müəyyənləşib.
Bu gün Gəncə İdman Sarayında günün ilk qarşılaşması bürünc medal uğrunda Azərbaycan və Özbəkistan milli komandaları arasında baş tutub. Oyunu 3:1 hesabı ilə qalib gələn Azərbaycan yığması yarışın bürünc medalını qazanıb.
Ardınca meydançaya Rusiya və Belarus yığma komandaları çıxıb. Qızıl medal uğrunda keçirilən oyunda qalib Rusiya millisi olub. Rəqibini 3:0 hesabı ilə məğlub edən Rusiya yığması III MDB Oyunlarının qızıl medalını, Belarus isə gümüş medalını qazanıb.
Beləliklə, yarışın yekun sıralaması belə olub: