Azərbaycanın ev sahibliyi etdiyi III MDB Oyunlarının bağlanış mərasimi keçirilib. Gəncə Stadionunda təşkil olunan tədbirdə Milli Təşkilat Komitəsinin sədri Samir Şərifovun rəsmi çıxışı dinlənilib. Ardınca III MDB Oyunlarının bayrağı endirilərək yarışın İcraiyyə Komitəsinə təqdim olunub.
                                  Azərbaycan Voleybol Federasiyası

Daha sonra Azərbaycanın Respublikasının Dövlət himni səsləndirilib və bağlanış mərasiminin rəsmi hissəsi başa çatıb.

Mərasim bədii hissə ilə davam edib.

Qeyd edək ki, Azərbaycan III MDB Oyunlarını ümumilikdə 184 medalla başa vurub. Bunların 33-ü qızıl, 56-sı gümüş, 95-i isə bürünc mükafatdır. Ölkəmiz bu göstərici ilə ümumi medal sıralamasında 2-ci yeri tutub. İlk sırada Rusiya qərarlaşıb. Mükafat qazanan idmançılar sırasında voleybolçularımız da var. Belə ki, qızlardan ibarət U-15 yığmamız yarışda bürünc medala sahib çıxıb. III MDB Oyunlarına Gəncə, ilə yanaşı, Şəki, Qəbələ, Yevlax, Mingəçevir, Göygöl və Xankəndi ev sahibliyi edib.