Bu gün kişi voleybolçular arasında Yüksək Liqanın 2025–2026-cı illər mövsümünə start verilib.
FHN-nin idman zalında keçirilən açılış oyununda “Neftçi” komandası ORDU klubu ilə qarşılaşıb. Daha sonra “Murov Az Terminal” və “AZERRAIL” komandaları üz-üzə gəliblər. Gərgin idman mübarizəsi şəraitində keçən oyunlarda “Neftçi” komandası ORDU klubunu 3:0 hesabı ilə, “Murov Az Terminal” isə “AZERRAIL”i 3:2 hesabı ilə məğlub edib.
I turun “Gənclər” – “Xilasedici” qarşılaşması isə Azərbaycan Voleybol Federasiyasına ünvanlanmış müvafiq müraciətə əsasən təxirə salınıb. Bu oyunun keçiriləcəyi tarix barədə əlavə məlumat veriləcək.
Qeyd edək ki, kişilərin Azərbaycan çempionatında 6 komanda – “AZERRAIL”, “Murov Az Terminal”, “Xilasedici”, “Neftçi”, ORDU və “Gənclər” iştirak edir. Oyunlar dairəvi sistem üzrə ev-səfər prinsipi ilə iki dövrədə keçiriləcək. İki dövrənin yekununda turnir cədvəlində ilk dörd pillədə qərarlaşacaq komandalar pley-off mərhələsinə vəsiqə qazanacaqlar.
Yüksək Liqa
I tur
16 oktyabr
“Neftçi” - ORDU 3:0 (25:17, 25:19, 25:22)
“Murov Az Terminal” - “AZERRAIL” 3:2 (25:22, 40:42, 19:25, 25:20, 15:10)