Çempionlar Liqasında mübarizə aparan kişi voleybolçulardan ibarət “AZERRAIL” klubu sabah ilkin mərhələnin növbəti oyununa çıxacaq.
                                  Azərbaycan Voleybol Federasiyası
Çempionlar Liqasında mübarizə aparan kişi voleybolçulardan ibarət “AZERRAIL” klubu sabah ilkin mərhələnin növbəti oyununa çıxacaq.

Çempionlar Liqasında mübarizə aparan kişi voleybolçulardan ibarət “AZERRAIL” klubu sabah ilkin mərhələnin növbəti oyununa çıxacaq. Komanda Serbiyada “Radniçki” klubunun qonağı olacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da “Jezero” arenasında baş tutacaq.
Komandamız bu turu keçəcəyi təqdirdə növbəti mərhələdə “TSV Raiffeisen Hartberg” və “AKAA Volley” klublarının qalibi ilə qarşılaşacaq. Təmsilçimiz mərhələni keçə bilməsə, CEV Kubokunda 1/32 finaldan mübarizəyə qoşulacaq. Bu turnirdəki rəqib isə “ACH Volley Ljubljana” və “Orion Stars Doetinchem” cütünün qarşılaşmasının məğlub komandası olacaq.
Qeyd edək ki, “AZERRAIL” Bakıda keçirilən ilk oyunda “Radniçki” klubuna 0:3 hesabı ilə uduzub.

CEV Çempionlar Liqası
İlkin mərhələ (cavab oyunu)
29 oktyabr
21:00. “Radniçki” - “AZERRAIL”
Serbiya