Çempionlar Liqasında mübarizə aparan kişi voleybolçulardan ibarət “AZERRAIL” klubu bu gün Serbiyada “Radniçki” klubunun qonağı olub.
                                  Azərbaycan Voleybol Federasiyası
Çempionlar Liqasında mübarizə aparan kişi voleybolçulardan ibarət “AZERRAIL” klubu bu gün Serbiyada “Radniçki” klubunun qonağı olub.

Çempionlar Liqasında mübarizə aparan kişi voleybolçulardan ibarət “AZERRAIL” klubu bu gün Serbiyada “Radniçki” klubunun qonağı olub. “Jezero” arenasında keçirilən qarşılaşma ev sahibinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Reqlamentə əsasən, hər iki görüşdə məğlub olan “AZERRAIL” Çempionlar Liqasında mübarizəni dayandırıb. Təmsilçimiz mübarizəsini CEV Kubokunda 1/32 final mərhələsindən davam etdirəcək. Bu turnirdə komandamızın rəqibi “ACH Volley Ljubljana” və “Orion Stars Doetinchem” cütünün məğlub komandası olacaq.

CEV Çempionlar Liqası

İlkin mərhələ (cavab oyunu)

29 oktyabr

“Radniçki” - “AZERRAIL” 3:0 (25:23, 25:22, 25:19)

Serbiya