Gənclər və İdman Nazirliyi tərəfindən 2025-ci ilin idman yekunlarına həsr olunmuş tədbir keçirilib.
“Buta Palace”da təşkil olunan mərasimdə idman təşkilatlarının və federasiyaların rəhbərləri, media qurumlarının nümayəndələri, idmançılar, məşqçilər və idman ictimaiyyətinin üzvləri iştirak ediblər.
İlin yekunlarına dair keçirilən sorğunun nəticələrinə əsasən, voleybol üzrə qadınlardan ibarət “AZERRAIL” komandası “İlin qadınlardan ibarət ən yaxşı klub komandası” nominasiyası üzrə I yerə layiq görülüb.
Bundan əlavə, “İlin idman hakimi” nominasiyaları sırasında voleybol üzrə beynəlxalq dərəcəli hakim Eldar Zülfüqarov da mükafata layiq görülüb.