Azərbaycan Voleybol Federasiyasının Kommunikasiya şöbəsinin rəhbəri Zöhrab Gözəlbəyli beynəlxalq yarışa supervayzer təyin edilib.
                                  Azərbaycan Voleybol Federasiyası
Azərbaycan Voleybol Federasiyasının Kommunikasiya şöbəsinin rəhbəri Zöhrab Gözəlbəyli beynəlxalq yarışa supervayzer təyin edilib.

Azərbaycan Voleybol Federasiyasının Kommunikasiya şöbəsinin rəhbəri Zöhrab Gözəlbəyli beynəlxalq yarışa supervayzer təyin edilib.

Z. Gözəlbəyli kişi voleybolçular arasında CEV Çelenc Kubokunun 1/16 final mərhələsində Türkiyənin “Altekma SK” və Niderlandın “Sliedrecht Sport” komandaları arasında keçiriləcək oyunda hakimlərin fəaliyyətinə nəzarət edəcək.

Yanvarın 7-də İzmirdə keçiriləcək qarşılaşmanın hakimləri maltalı Frankie Tanti və bolqarıstanlı Bozhidara Mitkova olacaq.