Bu gün qadın voleybolçuların Yüksək Liqasında VIII tura start verilib.
Turun ilk görüşü Tovuz OİK-də “Turan” və “AZERRAIL” komandaları arasında olub. Oyuna üstün başlayan Ziya Rəcəbovun komandası görüşü 3:0 hesabı ilə qalib başa vurub.
Günün ikinci matçında “DH Volley” UNEC -lə görüşüb. AVF-nin idman zalında keçirilən qarşılaşmada UNEC komandası 3:2 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, turun daha bir qarşılaşması yanvarın 9-da Gəncə şəhərində “Gəncə” və “Milli Aviasiya Akademiyası” komandaları arasında olacaq.