Bu gün qadın və kişi voleybolçuların Yüksək Liqa yarışlarında ilin ilk oyunları baş tutub.
                                  Azərbaycan Voleybol Federasiyası
Bu gün qadın və kişi voleybolçuların Yüksək Liqa yarışlarında ilin ilk oyunları baş tutub.

Bu gün qadın və kişi voleybolçuların Yüksək Liqa yarışlarında ilin ilk oyunları baş tutub.

FHN-in idman zalında kişilər arasında VIII turun iki qarşılaşması keçirilib. Tur çərçivəsində “Neftçi” və “Gənclər”, “ORDU” və “Murov Az Terminal” oyunları oynanılıb. “Neftçi” 3:0, “ORDU” isə 3:2 hesabı ilə rəqiblərini məğlub edib.
Qadınların VI turunun təxirə salınmış qarşılaşması “Murov Az Terminal” VK-nın idman zalında baş tutub. Burada “Murov Az Terminal” və “Abşeron” komandaları üz-üzə gəlib. Qarşılaşmanın qalibi tay-brekdə müəyyən olunub. “Abşeron” 3:2 hesabı ilə qalib gəlib.

Oyunların nəticələri
Yüksək Liqa (qadınlar)
6 yanvar (təxirə düşən oyun – VI tur)
“Murov Az Terminal” - “Abşeron” 2:3 (25:21, 15:25, 20:25, 29:27, 11:15)

Yüksək Liqa (kişilər)
6 yanvar (VIII tur)
“Neftçi” - “Gənclər” 3:0 (25:10, 25:10, 25:23)
“ORDU” - “Murov Az Terminal” 3:2 (25:15, 20:25, 25:22, 23:25, 15:10)