Avropa çempionatının təsnifat mərhələsində çıxış edən kişi voleybolçulardan ibarət Azərbaycan millisi Avstriya yığması ilə qarşılaşacaq
                                  Azərbaycan Voleybol Federasiyası
Avropa çempionatının təsnifat mərhələsində çıxış edən kişi voleybolçulardan ibarət Azərbaycan millisi Avstriya yığması ilə qarşılaşacaq

Avropa çempionatının təsnifat mərhələsində çıxış edən kişi voleybolçulardan ibarət Azərbaycan millisi avqustun 16-də Avstriya yığması ilə qarşılaşacaq.

Bakıda GİN-in Voleybol Mərkəzində keçiriləcək oyun saat 18:00-da başlayacaq. Görüşü serbiyalı Stanislava Simic və türkiyəli Seçkin Yener idarə edəcəklər.

Qeyd edək ki, AVRO-2026-nın seçmə mərhələsində B qrupunda mübarizə aparan komandamız digər 3 qarşılaşmada məğlub olub. Yarışın formatına uyğun olaraq qrup qalibləri və ən yaxşı nəticə ilə ikinci olacaq 5 komanda Avropa çempionatında iştirak hüququ qazanacaq.

2026 Avropa çempionatı (təsnifat mərhələsi)

B qrupu

16 avqust 2025 (Azərbaycan)

18:00. Azərbaycan - Avstriya

Ünvan: GİN-in Voleybol Mərkəzi

(Oyunların nəticələri)

13 avqust 2025 (Belçika)

Belçika - Azərbaycan (25:13, 25:9, 25:13)

17 avqust 2024 (Avstriya)

Avstriya - Azərbaycan 3:0 (25:16, 25:23, 25:14)

24 avqust 2024 (Azərbaycan)

Azərbaycan - Belçika 0:3 (17:25, 12:25, 19:25)