Çimərlik voleybolçularımız Avropa çempionatında əsas mərhələyə yüksəliblər.
                                  Azərbaycan Voleybol Federasiyası
Çimərlik voleybolçularımız Avropa çempionatında əsas mərhələyə yüksəliblər.

Çimərlik voleybolçularımız Avropa çempionatında əsas mərhələyə yüksəliblər.

Bu gün çimərlik voleybolu üzrə 18 yaşadək (U-18) qız və oğlanların Avropa çempionatında təsnifat oyunları keçirilib. İtaliyanın Corigliano Rossano şəhərində təşkil olunan yarışda oğlanlardan (İbrahim Məmmədov/Muhammad Aslanlı) ibarət komandamız təsnifat mərhələsində Serbiya millisi ilə qarşılaşıb. Görüş təmsilçilərimizin 2:0 (21:10; 21:15) hesablı qələbəsi ilə başa çatıb və komandamız Avropa çempionatında əsas mərhələyə yüksəlib.

Qeyd edək ki, çempionatda ölkəmiz bir qız və bir oğlan komandası ilə təmsil olunur. Qızlarımız yarışa əsas mərhələdən qoşulacaqlar. Əsas mərhələ oyunlarına sabah start veriləcək.