Qadınlardan ibarət milli komandamızın üzvləri III MDB Oyunlarına hazırlaşan 15 yaşadək qızlardan ibarət yığma komanda ilə görüş keçiriblər.
AVF-nin idman zalında baş tutan görüşdə təcrübəli voleybolçular gənc idmançılarla səmimi söhbət edərək öz təcrübələrini bölüşüblər və onlara qarşıdakı yarışlarda uğurlar arzulayıblar.