Azərbaycan Voleybol Federasiyasının həkimi, Beynəlxalq Voleybol Federasiyasının (FIVB) və Avropa Voleybol Konfederasiyasının (CEV) tibb komissiyalarının üzvü Vüsalə Kazımova beynəlxalq yarışa təyinat alıb.
V.Kazımova çimərlik voleybolu üzrə 18 yaşadək (U-18) qız və oğlanların Avropa çempionatında iştirak edəcək.
Həmyerlimiz 10-14 sentyabr tarixlərində İtaliyanın Corigliano Rossano şəhərinə baş tutacaq yarışda CEV-in nümayəndəsi kimi tibb işinin təşkilinə nəzarət edəcək.