Mixail Frişman Avropa Voleybol Konfederasiyası tərəfindən (CEV) növbəti dəfə təyinat alıb
                                  Azərbaycan Voleybol Federasiyası
Mixail Frişman Avropa Voleybol Konfederasiyası tərəfindən (CEV) növbəti dəfə təyinat alıb

Azərbaycan Voleybol Federasiyasının Kommunikasiya şöbəsinin Beynəlxalq əlaqələr üzrə mütəxəssisi Mixail Frişman Avropa Voleybol Konfederasiyası tərəfindən (CEV) növbəti dəfə təyinat alıb.

M.Frişman kişi voleybolçular arasında 2026 Avropa Çempionatının təsnifat mərhələsinin oyununda iştirak edəcək. O, avqustun 16-da İsveçrədə baş tutacaq E qrupunun İsveçrə - İsveç qarşılaşmasında supervayzer kimi hakimlərin işinə qiymət verəcək.