Azərbaycan Voleybol Federasiyasının (AVF) baş katibi Faiq Orucov, icraçı direktor Vüqar Hüseynzadə və maliyyə direktoru Sənan Cəfərov 17 yaşadək oğlanlardan ibarət milli komandamızın III MDB Oyunları öncəsi məşq prosesini izləyiblər
                                  Azərbaycan Voleybol Federasiyası
Azərbaycan Voleybol Federasiyasının (AVF) baş katibi Faiq Orucov, icraçı direktor Vüqar Hüseynzadə və maliyyə direktoru Sənan Cəfərov 17 yaşadək oğlanlardan ibarət milli komandamızın III MDB Oyunları öncəsi məşq prosesini izləyiblər

Azərbaycan Voleybol Federasiyasının (AVF) baş katibi Faiq Orucov, icraçı direktor Vüqar Hüseynzadə və maliyyə direktoru Sənan Cəfərov 17 yaşadək oğlanlardan ibarət milli komandamızın III MDB Oyunları öncəsi məşq prosesini izləyiblər.
Federasiya rəsmiləri Sumqayıt Olimpiya İdman Kompleksində baş tutan məşqdən əvvəl komanda üzvləri və məşqçilər heyəti ilə görüşüblər. Onlar ölkəmizin ev sahibliyi etdiyi yarışda yığmamızın uğurlu çıxışına inamlarını bildiriblər və voleybolçularımıza uğurlar arzulayıblar.