“Sea Breeze Cup” turniri keçiriləcək
                                  Azərbaycan Voleybol Federasiyası
“Sea Breeze Cup” turniri keçiriləcək

Azərbaycan Voleybol Federasiyası və “Sea Breeze Resort”-un birgə təşkilatçılığı ilə çimərlik voleybolu üzrə “Sea Breeze Cup” turniri keçiriləcək.

Sentyabrın 2-də baş tutacaq yarışda 6 kişi və 6 qadın komandası birincilik uğrunda mübarizə aparacaq. Qarşılaşmalar Olimpiya sistemi üzrə “Sea Breeze Sport Beach Club”da təşkil olunacaq.
Oyun cədvəli

 09:00 – 13:00 | İlkin mərhələ
15:30 – 18:15 | Bürünc medal və final oyunları
Final oyunlarından sonra – Mükafatlandırma mərasimi