Azərbaycan Voleybol Federasiyasının (AVF) prezidenti Şahin Bağırov Gəncə Regional Voleybol Klubunun (RVK) Yevlax və Ağdaş bölmələrinin yeniyetmə voleybolçuları və məşqçiləri ilə görüşüb.
                                  Azərbaycan Voleybol Federasiyası
Azərbaycan Voleybol Federasiyasının (AVF) prezidenti Şahin Bağırov Gəncə Regional Voleybol Klubunun (RVK) Yevlax və Ağdaş bölmələrinin yeniyetmə voleybolçuları və məşqçiləri ilə görüşüb.

Azərbaycan Voleybol Federasiyasının (AVF) prezidenti Şahin Bağırov Gəncə Regional Voleybol Klubunun (RVK) Yevlax və Ağdaş bölmələrinin yeniyetmə voleybolçuları və məşqçiləri ilə görüşüb. Tədbirdə Gəncə RVK-nın rəhbəri Şamil Həsənli, klubun direktoru Sərxan Məmmədov və yeniyetmə voleybolçuların valideynləri də iştirak ediblər.

Görüşdə federasiya prezidentinə Gəncə RVK-nın Yevlax və Ağdaş bölmələrində görülən işlər, idmançılar və məşqçilər üçün yaradılan şərait barədə ətraflı məlumat verilib.

Çıxış edən Şahin Bağırov AVF-nin ölkəmizdə voleybolun inkişafı və kütləviliyinin artırılması istiqamətində həyata keçirdiyi işlərdən danışıb, gənc idmançılara tövsiyələr verib və onlara uğurlar arzulayıb.