Çimərlik voleybolçularımız Avropa çempionatında iştirak edəcəklər.
Çimərlik voleybolu üzrə qızlardan və oğlanlardan ibarət komandalarımız 18 yaşlıların (U-18) Avropa çempionatında güclərini sınayacaqlar. Təmsilçilərimiz bu gün yarışın keçiriləcəyi İtaliyanın Corigliano Rossano şəhərinə yola düşüblər. 11-14 sentyabr tarixlərində baş tutacaq çempionatda ölkəmiz bir qız (Xədicə Hadızadə/Cəmilə Bəşirova) və bir oğlan (İbrahim Məmmədov/Muhammad Aslanlı) komandası ilə təmsil olunacaq.
Uğurlar AZƏRBAYCAN!