Yeniyetmə qız və oğlan voleybolçular arasında Azərbaycan birinciliyi keçiriləcək.
Oktyabrda start götürəcək çempionat üç yaş qrupunu (U-14, U-16, U-18) əhatə edəcək.
Yarışda iştirak etmək istəyən komandalar sentyabrın 1-nə kimi federasiyaya müraciət edə bilərlər. Ötən mövsüm olduğu kimi, bu il də birincilikdə Bakı və region komandalarının iştirakı nəzərdə tutulub.
Yarışın yaş kateqoriyaları:
• U-14 (2012–2013-cü il təvəllüdlülər)
• U-16 (2010–2011-ci il təvəllüdlülər)
• U-18 (2009–2010-cu il təvəllüdlülər)
Əlaqə telefonu: +994775750869