Yeniyetmə qız və oğlan voleybolçular arasında Azərbaycan birinciliyi keçiriləcək
                                  Azərbaycan Voleybol Federasiyası
Yeniyetmə qız və oğlan voleybolçular arasında Azərbaycan birinciliyi keçiriləcək

Yeniyetmə qız və oğlan voleybolçular arasında Azərbaycan birinciliyi keçiriləcək.

Oktyabrda start götürəcək çempionat üç yaş qrupunu (U-14, U-16, U-18) əhatə edəcək.
Yarışda iştirak etmək istəyən komandalar sentyabrın 1-nə kimi federasiyaya müraciət edə bilərlər. Ötən mövsüm olduğu kimi, bu il də birincilikdə Bakı və region komandalarının iştirakı nəzərdə tutulub.

Yarışın yaş kateqoriyaları:
• U-14 (2012–2013-cü il təvəllüdlülər)
• U-16 (2010–2011-ci il təvəllüdlülər)
• U-18 (2009–2010-cu il təvəllüdlülər)

Əlaqə telefonu: +994775750869