Bu gün çimərlik voleybolçularımız beynəlxalq yarışda iştirak etmək üçün Türkiyəyə yola düşüblər. Təmsilçilərimiz 4-7 sentyabr tarixlərində Türkiyənin Mersin şəhərində təşkil olunacaq “Pro Beach Tour Mersin” açıq çempionatında qüvvələrini sınayacaqlar. Bu yarışda ölkəmizi həm qız, həm də oğlan komandalarımız təmsil edəcəklər.
Qızlar
Xədicə Hadızadə/Cəmilə Bəşirova
Məşqçi: Nihad Tarverdiyev
Oğlanlar
İbrahim Məmmədov/Muhammad Aslanlı
Məşqçi: Atvars Vilde
İştirakçılarımıza uğurlar arzu edirik